Analiz
Yağ maşının ətrafında dövr etdikcə, sistemdə mövcud olan çirkləndiricilər və köhnəlmiş hissəcikləri toplayaraq, dəyərli məlumatlar toplayır.
Avadanlıqların problemsiz istismarı və etibarlılığı üçün, İşlənmiş Yağların Analizlərinə dair Proqramın əhəmiyyətini dərk etməklə, “Petrochem Group”, 2005-ci ildə “Castrol Offshore” və “Vernolab” (Böyük Britaniya) şirkətləri ilə birgə əməkdaşlıq şəraitində, Bakıda müasir laboratoriya təsis etdi. Həmin ildən əvvəl, İşlənmiş Yağların Analizlərinə dair nümunələr BP şirkətinin Dubay və ya Böyük Britaniyada yerləşən laboratoriyalarına göndərilirdi. Bu proses, həm əməliyyat müddətini, həm də xərcləri xeyli artırırdı. Yerli laboratoriyanın üstünlükləri göz önündədir: bu təşəbbüs əməliyyat müddətini minimuma endirməklə yanaşı, həm də digər ölkələrdə yerləşən laboratoriyalara və laboratoriyalardan nümunələrin təcili çatdırılma xərclərini azaldır. Bu laboratoriya həmçinin avadanlıqların potensial nasazlığı baş verdikdə, onların vaxtında müəyyən edilməsini təmin edir ki, lazımi qabaqlayıcı tədbirlər görülsün və beləliklə, prosesin boşdayanma müddəti azalır.
İşlənmiş yağ nümunələrinin müntəzəm olaraq dəqiq analizi, aşağıdakılara imkan verməklə, pula qənaət etməyə və təhlükəsizliyi artırmağa kömək edir:
- Sürtkü yağlarının səmərəliliyinin optimallaşdırılması
- Maşın və avadanlıqların detallarının ömrünün uzadılması
- Texniki xidmət tələblərinin minimuma endirilməsi endirilməsi
- Potensial problemlərin baş verməzdən əvvəl müəyyən edilməsi və aradan qaldırılması
- Mexanizmlərin sıradan çıxma risklərinin əhəmiyyətli dərəcədə azaldılması, beləliklə, xərclərin minimuma endirilməsi
“Petrochem” şirkəti, bütövlükdə nümunə götürmə prosesinin effektivliyini artırmaq və proses ərzində baş verə bilən hər hansı çatışmazlıqları aradan qaldırmaqla, insan xətalarının sayını azaltmaq məqsədilə yağ nümunələrinin götürülmə proqramı çərçivəsində əlavə xidmətlər yaratmışdır. Bu xidmətin əsas elementləri aşağıdakılardır:
- Müəyyən sürtkü materialı və onun tətbiqi üçün uyğunlaşdırılmış işlənmiş yağların sınaq proqramının seçilməsi. Nümunə şüşələrinin Böyük Britaniyadan idxal edilmiş və işlənmiş yağ nümunələrinin daşınması üçün sertifikatlaşdırılmış xüsusi Dəniz Tranzit Konteynerlərində dəniz qurğularına və geriyə daşınması həyata keçirilir.
- Bütün lazımi nümunə götürmə cihazları, eləcə də nümunə şüşələri üçün əvvəlcədən çap edilmiş etiketlərin tədarükü.
- Müştəri hər hansı aşkar edilmiş problemləri ən erkən mərhələdə aradan qaldırmaq üçün təklif olunan profilaktik/qabaqlayıcı tədbirləri özündə əks etdirən İcmal Hesabatı ilə birgə ətraflı Laboratoriya Analizi Hesabatını alır.


Analitik Ferroqrafiya – Proqnozlaşdırılan Analiz
Ferroqrafiya – sadəcə sürtkü yağının vəziyyətindən daha çox maşının ümumi vəziyyətinə nəzarət etmək üçün istifadə edilən güclü diaqnostika vasitəsidir. Biz, istifadə olunan sürtkü nümunələrindən ayrılmış hissəcikləri öyrənməklə, maşınların aşınmasını qiymətləndirmək üçün bu xidməti təklif edirik. Proqnozlaşdırıcı analiz metodu aşağıdakılara imkan verir:
- Hansı komponentlərin gərginlik altında olmasını müəyyən etmək
- Gələcək təmir proqramlarını planlaşdırmaq
- Mümkün qəzaların qarşısını almaq və katastrofik xəta və ikinci dərəcəli zərər risklərini minimuma endirmək üçün tədbirlər görmək
- Təhlükəsizliyi təkmilləşdirmək