Petrochem Performance Products
“Petrochem Performance Products LLC” (PPP) – Petrochem Group (51%) və neft yataqları üçün neft kimya məhsulları istehsal edən “ChampionX “(49%) arasında təsis edilmiş birgə müəssisədir.
Birgə müəssisəmiz müştərilərə Bakıda, “Petrochem” şirkətinin istehsalat sahəsində yerləşən və istehsal müəssisəmizdə istehsal olunan geniş çeşiddə məhsullar təklif edir.
Tərəfdaşımızın təcrübəsi və texnoloji dəstəyi bizə müştərilərin yüksək keyfiyyətli məhsul tələblərinə cavab verməyə imkan verir. Biz, bu yaxınlarda SOCAR-ın müəssisələrində xaricdən gətirilən xammaldan Bakıda istehsal olunan materiallara keçidi başa çatdırdıq. İstər iqtisadi baxımdan, istərsə də yerli məzmun baxımından, bu mühüm nailiyyət müştərilərimiz və tərəfdaşlarımız tərəfindən yüksək qiymətləndirilib. Biz, keyfiyyətin idarə edilməsinə böyük əhəmiyyət veririk. Şirkət ISO 9001, 45001 və 14001 standartlarına uyğun sertifikatlaşdırılıb. Əsas məqsədimiz hər zaman ən yüksək beynəlxalq standartlara nail olmaq və müştərilərimizə ən yaxşı məhsulları təqdim etməkdir.
