Haqqımızda

Xəzər Regionunun Etibarlı Tərəfdaşı

“Petrochem Group” Azərbaycan şirkəti Xəzər regionunda sürtkü yağları və kimya məhsullarının aparıcı təchizatçılarından və istehsalçılarından biridir. Yarandığımız gündən 30 il ərzində biz bir sıra xarici şirkətlər ilə sıx əməkdaşlıqlar və işgüzar əlaqələr qurmuşuq. Tərəfdaşlarımız arasında ilk olaraq “British Petroleum”, “Castrol Offshore”, “Champion X”, “Jet Lube”, “Fuchs” və “Petromin” kimi şirkətləri qeyd etmək istəyirik.

Təchiz etdiyimiz sürtkü yağları üzrə “Castrol”, kimya məhsulları üzrə isə “Champion X” bizim aparıcı ticarət nişanlarımızdır. Dənizdə neft-qaz, habelə dənizçilik sənayelərində çalışan bir sıra yerli və xarici şirkətlər bizim əsas müştərilərimizdir.

Biz həmçinin tikinti, mədən işi, istehsalat, ticarət, o cümlədən kommersiya və şəxsi avtomobillər üçün xidmətlər göstərən digər sahələrdə fəaliyyət göstərən digər müştərilər ilə də işləyirik.

30+
İllik Təcrübə
1992-dən bu günə qədər
6+
Beynəlxalq Tərəfdaş
BP · Castrol · Champion X · Fuchs · Jet Lube
100%
Keyfiyyət Zəmanəti
Hər məhsulda tam zəmanət

İdarəetmə və bazar araşdırmalarına yönəlmiş sürtkü materialları və kimya məhsulları üzrə №1 müstəqil təchizatçı

Petrochem şirkətinin növbəti inkişaf mərhələsini artıq həyata keçirən, təcrübəli və yüksək ixtisaslı rəhbər komanda

Bazar imkanları və daha üstün keyfiyyətə malik məhsulların perspektiv araşdırılması

Uzunmüddətli müqavilələr üzrə geniş müştəri bazası ilə dayanıqlı münasibətlər

Proqnozlaşdırılan və görünə bilən inkişaf, aparıcı marja profili və etibarlı sərbəst pul axını

30 illik təcrübə, texniki innovasiyalar, yüksək nüfuz, yüksək ixtisaslı heyət

Petrochem Group — İş İcmalı

Uğur Tariximiz

1993

Petrochem Qrupunun təsis edilməsi və qeydiyyatı

BP Oil ilə əməkdaşlığın başlanması. Azərbaycanda BP sürtkü yağları üzrə müstəsna distribyutorluq müqaviləsinin imzalanması.

2000

BP Exploration ilə əməkdaşlıq

“Petrochem” şirkəti sürtkü yağlarının tədarükünə dair tenderdə qalib gəldi.

2001

Castrol Offshore ilə əməkdaşlıq

2003

Neft yataqları üçün kimya məhsullarının istehsalçısı olan beynəlxalq “Nalco” şirkəti ilə əməkdaşlıq

Hərtərəfli əməkdaşlıq üçün ittifaq yaratmaq müqaviləsi.

2010

Azərbaycan Respublikasından kənarda ilk böyük müqavilənin imzalanması

“Petrochem Qazaxıstan” “Shell” və “Agip” tərəfindən istismar edilən Kaşağan yatağı üçün yağların rəsmi təchizatçısının seçilməsinə dair “NCPOC” tərəfindən təşkil edilən tenderin qalibi oldu.

2011

BP tenderinin qalibi və Bakıda kimya məhsullarının qarışdırılması zavodunun istifadəyə verilməsi

Petrochem Bakı şəhərinin Qaradağ rayonundakı öz sənaye ərazisində qarışdırma zavodunu istifadəyə verdi.

2018

Castrol GME ilə inkişaf etdirilən əməkdaşlıq

“Castrol GME” ilə iri partiyaların distribyutorluğuna dair yenilənmiş müqavilə.

2023

Petrochem Group şirkətinin 30 illiyini qeyd edirik!