“Petrochem Group” Azərbaycan şirkəti Xəzər regionunda sürtkü yağları və kimya məhsullarının aparıcı təchizatçılarından və istehsalçılarından biridir. Yarandığımız gündən 30 il ərzində biz bir sıra xarici şirkətlər ilə sıx əməkdaşlıqlar və işgüzar əlaqələr qurmuşuq. Tərəfdaşlarımız arasında ilk olaraq “British Petroleum”, “Castrol Offshore”, “Champion X”, “Jet Lube”, “Fuchs” və “Petromin” kimi şirkətləri qeyd etmək istəyirik.
Təchiz etdiyimiz sürtkü yağları üzrə “Castrol”, kimya məhsulları üzrə isə “Champion X” bizim aparıcı ticarət nişanlarımızdır. Dənizdə neft-qaz, habelə dənizçilik sənayelərində çalışan bir sıra yerli və xarici şirkətlər bizim əsas müştərilərimizdir.
Biz həmçinin tikinti, mədən işi, istehsalat, ticarət, o cümlədən kommersiya və şəxsi avtomobillər üçün xidmətlər göstərən digər sahələrdə fəaliyyət göstərən digər müştərilər ilə də işləyirik.
İdarəetmə və bazar araşdırmalarına yönəlmiş sürtkü materialları və kimya məhsulları üzrə №1 müstəqil təchizatçı
Petrochem şirkətinin növbəti inkişaf mərhələsini artıq həyata keçirən, təcrübəli və yüksək ixtisaslı rəhbər komanda
Bazar imkanları və daha üstün keyfiyyətə malik məhsulların perspektiv araşdırılması
Uzunmüddətli müqavilələr üzrə geniş müştəri bazası ilə dayanıqlı münasibətlər
Proqnozlaşdırılan və görünə bilən inkişaf, aparıcı marja profili və etibarlı sərbəst pul axını
30 illik təcrübə, texniki innovasiyalar, yüksək nüfuz, yüksək ixtisaslı heyət
BP Oil ilə əməkdaşlığın başlanması. Azərbaycanda BP sürtkü yağları üzrə müstəsna distribyutorluq müqaviləsinin imzalanması.
“Petrochem” şirkəti sürtkü yağlarının tədarükünə dair tenderdə qalib gəldi.
Hərtərəfli əməkdaşlıq üçün ittifaq yaratmaq müqaviləsi.
“Petrochem Qazaxıstan” “Shell” və “Agip” tərəfindən istismar edilən Kaşağan yatağı üçün yağların rəsmi təchizatçısının seçilməsinə dair “NCPOC” tərəfindən təşkil edilən tenderin qalibi oldu.
Petrochem Bakı şəhərinin Qaradağ rayonundakı öz sənaye ərazisində qarışdırma zavodunu istifadəyə verdi.
“Castrol GME” ilə iri partiyaların distribyutorluğuna dair yenilənmiş müqavilə.