Müştərilərimizin digər şirkətlərin məhsullarına olan tələblərini ödəmək üçün, “Petrochem” üçüncü tərəf məhsullarını da tədarük edir və “bir pəncərə” prinsipi ilə fəaliyyət göstərir.
Bu xidmət müştərilərimizə öz layihələrinin mühüm mərhələlərini zamanında qarşılamağa, eyni zamanda digər prioritet tapşırıqlarda iştirak etmək üçün layihə personalının son dərəcə önəmli vaxtının sərbəst olmasına imkan verir. Bu məqsədlə “Petrochem” ən yaxşı sənaye, avtomobil və xüsusi sürtkü məhsulları istehsalçıları ilə tərəfdaşlıq əlaqələri qurmuşdur.
Layihələrinizdə tələb olunan məhsulları axtarmaq üçün aşağıdakı brendlərdən istifadə edin:
Yivli birləşmələr, açıq dişli ötürmələr və sənaye avadanlıqları üçün xüsusi sürtkü materialları və qoruyucu örtüklər.
Avtomobil, sənaye və xüsusi tətbiqlər üçün dünyanın aparıcı müstəqil sürtkü yağı istehsalçısının geniş məhsul çeşidi.
Avtomobil və sənaye üçün sürtkü yağları üzrə Yaxın Şərqin aparıcı brendlərindən biri.